Günəş panellərinin quraşdırılması
Təqdim olunan xidmət günəş enerjisi sistemlərinin sahədə layihəyə uyğun şəkildə quraşdırılmasını və istismara hazır vəziyyətə gətirilməsini əhatə edir. İşlərə ərazinin ilkin hazırlanması, ölçmə və nişanlama işləri, daşıyıcı metal konstruksiyaların yığılması, fotovoltaik panellərin montajı və mexaniki bərkidilməsi daxildir. Quraşdırma prosesi istehsalçı tələblərinə, texniki norma və təhlükəsizlik qaydalarına uyğun icra olunur. İşlərin icrası zamanı panellərin optimal bucaq və istiqamətdə yerləşdirilməsi təmin edilir, mexaniki dayanıqlıq və uzunmüddətli istismar əsas prioritet kimi götürülür. Xidmət peşəkar montaj heyəti tərəfindən həyata keçirilir və obyektin texniki tələblərinə uyğun keyfiyyətli nəticə təmin olunur.
Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik xidmətləri
Fəaliyyət istiqamətindən asılı olmayaraq bütün müəssisələrdə yerli qanunvericiliyin tələbinə uyğun olaraq Əməyin Mühafizəsi üzrə idarəetmə sisteminin qurulması. Birdəfəlik və təkrar (giriş təlimatı, iş yerində təlimat və s.) təlimatların hazırlanaraq işçi heyətinə keçilməsi. Təhlükəsiz əmək şəraitini yartatmaq məqsədilə iş sahələrində, avadanlıqlarda və iş prosesində risk qiymətləndirməsi aparmaq və nəzarət tədbirlərini tətbiq etmək. Müəssisədə mövcud olan şöbələrin əsasnamələrini, müəssisənin fəaliyyətinə uyğun olaraq təlimat, prosedur və işin görülmə metodlarını hazırlamaq.
Kran və qaldırıcı qurğular üzrə inspeksiya xidmətləri
-
İlkin Texniki Baxış və Diaqnostika
Konstruktiv hissələrin, tros və strop sistemlərinin, elektrik mexanizmlərinin və təhlükəsizlik blokirovkalarının yoxlanılması.
-
Planlı Texniki Xidmət (PTX)
Aylıq və rüblük baxışlar, yağlama, tənzimləmələr, aşınmış hissələrin müəyyən edilməsi və preventiv tədbirlər.
-
Yüklə Sınaq (Load Test)
SWL üzrə statik və dinamik testlərin aparılması və sertifikatlaşdırma
-
Təmir və Bərpa İşləri
Mexaniki, elektrik və hidravlik hissələrin təmiri, tros, strop və aksesuarların dəyişdirilməsi.
-
Sənədləşmə, sertifikatlar və pasportlaşma
İllik texniki baxış protokolu, load test sertifikatı və SƏTƏM tələblərinə uyğun sənədlər.
-
Təcili Müdaxilə Xidməti (24/7)
Nasazlıq zamanı operativ sahəyə çıxış və qısa müddətdə bərpa işləri.
ISO 9001 / ISO 45001/14001
ISO standartları üzrə müəssisədə A-dan Z-yə sənədləşmənin hazırlanması.
ISO standartları üzrə müəssisədə “precertification” prosesinin aparılması.
ISO standartının müəssisəyə verilməsi.
İş yerlərinin attestasiyası
Əmək şəraiti üzrə iş yerlərinin attestasiyasına hazırlıq bütün iş yerlərinin siyahısının tutulmasından və instrumental qiymətlənməyə aid olan istehsalat mühitinin təhlükəli və zərərli amillərinin, onların parametrlərinin faktiki dəyərləndirilməsi məqsədi ilə aşkara çıxarılması.
İş yerlərinin attestasiyasını Əmək Məcəlləsi və onun müddəalarına uyğun müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş, normativ hüquqi aktlar, əməyin təhlükəsizlik standartları sistemi (ƏTSS), sanitar qaydaları, normaları və gigiyena normativləri üzrə həyata keçirilməsi.